FİFA Xəzər Lənkərana sərt cəza verdi: Yeni transferlər növbəti ildən oynaya bilər | |
Bu gün "Xəzər Lənkəran" rəhbərliyi mətbuat konfransı keçirib. Həmin toplantıda bəyan olunub ki, FİFA-nın qoyduğu transfer qadağasının müddəti başa çatmayıb. Daha doğrusu, dünya futbol qurumu həmin müddətin qışda, yəni 2016-cı ilin yanvar ayında başa çatacağını diqqətə çatdırıb. Artıq bununla bağlı FİFA-dan cənub klubuna rəsmi məktub da göndərilib. Qeyd edək ki, "Xəzər Lənkəran" bu yay Pavel Kapsa, Ruslan Abışov, Rəşad Eyyubov, Dieqo Souza, Vüqar Nadirov və Limam Seydini transfer etmişdi. |
|
Xəbər 1005 dəfə oxundu. |
|
|