Əliyevin növbəti çempionluğu, Xatiyev və Qazyumov lisenziya qazandılar
Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Çempionatın 5-ci günündə qadın güləşi üzrə 60 kq, sərbəst güləş üzrə 61, 86 və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Məhəmmədhacı Xatiyev (86 kq) və Xetaq Qazyumov (97 kq) olimpiya lisenziyalarını əldə etdi. Hacı Əliyev ikinci dəfə dünya çempionu oldu, Qazyumov bürünc əldə etdi.

60 kq
1/8 final - İrina Netreba - Hafize Şahin (TUR) - 11:6
1/4 final - Oksana Herhel (UKR) - İrina Netreba - 5:4
Təsəlliverici görüş - Brenn Qrexem (CAN) - İrina Netreba - 5:12
Bürünc uğrunda görüş - İrina Netreba - Linn Jeyns (USA) - 4:4

61 kq
1/8 final - Andrey Perpelita (MDA) - Hacı Əliyev - 2:11
1/4 final - Hacı Əliyev - Masakazu Kamoi (JPN) - 6:2
1/2 final - Hacı Əliyev - Vladimir Dubov (BUL) - 6:2
Final - Hacı Əliyev - Nomin Batbold (MGL) - 10:0

86 kq
1/16 final - Halil Zubairov (MKD) - Məhəmmədhacı Xatiyev - 0:10
1/8 final - Məhəmmədhacı Xatiyev - Aleksandr Villiam Dolli (İRL) - 10:0
1/4 final - Armands Zvirbulis (LAT) - Məhəmmədhacı Xatiyev - 1:12
1/2 final - Məhəmmədhacı Xatiyev - Səlim Yaşar (TUR) - 4:5
Bürünc uğrunda görüş - Məhəmmədhacı Xatiyev - Sandro Aminasşbili (GEO) - 1:0. Xatiyev zədələnib görüşə davam edə bilmədi

97 kq
1/16 final - Xetaq Qazyumov - İvan Yankovski (BLR) - 8:0
1/8 final - Nikolay Ceban (MDA) - Xetaq Qazyumov - 1:3
1/4 final - Xetaq Qazyumov - Abdusalam Qadisov (RUS) - 0:5
Təsəlliverici görüş - Xetaq Qazyumov - Stefan Kexrer (GER) - 10:0
Bürünc uğrunda görüş - Xetaq Qazyumov - Elizbar Odikadze (GEO) - 4:1

Məlumat üçün bildirək ki, Las Veqasda keçirilən Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edir.

Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib.

Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç bürünc medala yiyələnib.

Xəbər 706 dəfə oxundu.