"Bakı"nın keçmiş futbolçusu "Rəvan"a keçə bilər
Bu mövsüm yenidən Premyer Liqaya vəsiqə qazanan "Rəvan" heyətini daha bir legionerlə gücləndirə bilər.

Ötən mövsüm "Bakı"da çıxış edən Georgis Pelagris "Rəvan"a keçə bilər. Artıq tərəflər arasında ilkin danışıqlar başlayıb. Əgər razılıq əldə olunarsa, futbolçu paytaxt klubunun düşərgəsinə baxışa gələcək.

Kiprli futbolçu isə bu informasiya haqda öz fikirlərini saytımıza açıqlamasında bildirib: "Hələlik heç nə dəqiqləşməyib".

Xəbər 720 dəfə oxundu.