Bolqarıstan-Azərbaycanın futbol matçının stadionu müəyyənləşib
Bolqarıstan və Azərbaycanın futbol üzrə milli komandaları arasında keçiriləcək AVRO-2016-nın seçmə qrup matçının stadionu müəyyənləşib. H qrupunda yer alan iki komandanın görüşü oktyabrın 13-də Sofiyadakı Vasili Levski adına Milli Stadionda təşkil olunacaq.

Cari seçmə tsikldə son tura təsadüf edəcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. 1953-cü ildə istifadəyə verilmiş arena 46300 tamaşaçı tutumuna malikdir. Bolqarıstan millisi əvvəlki ev oyunlarının hamısını məhz bu stadionda keçirib.

Qeyd edək ki, H qrupunda 8 turdan sonra Bolqarıstan millisi 8 xalla 4-cü, Azərbaycan yığması isə 6 xalla 5-ci pillədə qərarlaşıb.

"Report"

Xəbər 718 dəfə oxundu.