Mingəçevirdə şok hesab: Çempion çempion kimi başladı
Ötən mövsüm I Divizionun çempionu "Neftçala" bu mövsümün ilk matçında "Energetik"lə qarşılaşıb.

Çempion rəqibinə səfərdə şok yaşadıb. Belə ki, Neftçala təmsilçisi "Energetik"in qapısına nə az, nə çox 12 dəfə yol tapıb. David Canalidze 4, Fərmayıl Əliyev 3, Məhəmməd Xəlilov 2, Aqşin Muxtaroğlu, Anar Babayev və Mübarək Şahquliyev isə 1 dəfə fərqlənib.

Xəbər 828 dəfə oxundu.