Van Qal: "Bu mövsüm çempion olmağımız imkansızdır"
Premyer Liqada bu həftə "Liverpul"la qarşılaşacaq "Mançester Yunayted"in baş məşqçisi Luis van Qal oyun haqda fikirlərini bildirib.

"Ötən mövsüm rəqibimizi iki oyunda da məğlub etdik. Sabah bunu təkrarlamaq istəyirik. "Liverpul"u yaxşı təhlil etmişik, azarkeşlərimiz narahat olmasın".

Baş məşqçi bu mövsüm çempion ola bilməyəcəklərini bildirib:

"Bu mövsüm çempion olmağımız imkansız kimi görünür. Əgər mövsümü 2 və ya 3-cü yerdə başa vursaq, bizim üçün uğur adlandırmaq olar. Ancaq növbəti mövsümdə çempionluğa ən böyük namizəd bizik".

Xəbər 787 dəfə oxundu.