Messi məşqlərdən kənarda qaldı
"Barselona"nın hücumçusu Lionel Messi komandanın bugünkü məşqində iştirak etməyib.

Argentinalı futbolçu bu gün ikinci dəfə ata olduğundan baş məşqçi Luis Enrike ona icazə verib. Messi bu həftə "Barsa"nın heç bir məşqində iştirak etməyib. Argentina millisinin düşərgəsində olan ulduz forvard oyunlardan sonra İspaniyaya qayıdıb.

Ancaq 28 yaşlı futbolçu "Atletiko"ya qarşı La Liqanın III tur oyunu üçün sabah komandası ilə birlikdə Madridə yola düşəcək.

Xəbər 712 dəfə oxundu.