Şəhriyar Məmmədyarov şahmat üzrə Dünya Kuboku yarışlarına qələbə ilə başlayıb | |
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov şahmat üzrə Dünya Kuboku yarışlarına qələbə ilə başlayıb. Ağ fiqurlarla oynayan şahmatçımız start görüşünün 31-ci gedişində iranlı Pouya İdanini məğlubiyyətə uğradıb. Le Kuanq Lyem (Vyetnam) və Vasif Durarbəyli (Azərbaycan) sülh bağlayıblar. Heç-heçə 29-cu gedişdə qeydə alınıb. Teymur Rəcəbov – Samuel Sevyan (ABŞ), Rauf Məmmədov – Yevgeni Nayer (Rusiya), Eltac Səfərli –Çaba Baloq (Macarıstan), Qədir Hüseynov – Maksim Matlakov (Rusiya) partiyaları hələ davam edir. AZƏRTAC |
|
Xəbər 639 dəfə oxundu. |
|
|