Kiyev "Dinamo"su "Qəbələ"nin təklifini qəbul etməyib
"Qəbələ" klubunun Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə yoxlama oyunu baş tutmayıb.

Bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Sergey Rebrov açıqlama verib.

41 yaşlı mütəxəssis bildirib ki, israrlı təklif "qırmızı-qaralar"dan gəlib. Amma həmin vaxt "Dinamo"nun futbolçuları milli komandaların düşərgəsində olduqlarından, görüş baş tutmayıb: "Biz bilmirdik ki, sərəncamımızda neçə oyunçu qalacaq. Çox ciddi rəqib önünə 6 futbolçu ilə çıxmaq məqsədəuyğun olmazdı".

S.Rebrov "Qəbələ" əvəzinə, yerli "Desna" ilə üz-üzə gəldiklərini söyləyib. Bu, "Dinamo"da düşünüldüyündən də çox oyunçunun qalmasından sonra gerçəkləşib.

Qeyd edək ki, "Qəbələ" sentyabrın əvvəllərində Ukraynanın Odessa şəhərində təlim-məşq toplanışında olub. Hazırlıq çərçivəsində "Çernomorets"lə qarşılaşan baş məşqçi Roman Qriqorçukun komandası 2:0 hesabı ilə qalib gəlib.

"Report"

Xəbər 666 dəfə oxundu.