Messi ikinci dəfə ata oldu
“Barselona”nın ulduz futbolçusu Lionel Messi ikinci dəfə ata olub. 28 yaşlı futbolçunun xanımı Antonella Rokkuzzo bu gün səhər saatlarında ikinci oğlan övladını dünyaya gətirib.

Messinin yeni oğluna hansı adı qoyduğu hələ açıqlanmır. Futbolçu Cənubi Amerikadan geri qayıtsa da, “Barselona”nın bugünkü məşqini buraxmalı olub. O, sabah “Atletiko” ilə keçiriləcək çempionat görüşünə komanda ilə birgə məşq etmədən çıxacaq.

Qeyd edək ki, argentinalı futbolçunun Tiaqo adlı ilk oğlu 2012-ci ildə doğulub.

Xəbər 661 dəfə oxundu.