Kəpəz – AZAL matçının AFFA nümayəndəsi dəyişdirildi
Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “Kəpəz” - AZAL matçının AFFA nümayəndəsi dəyişdirilib. Sabah keçiriləcək bu oyunu təyinat almış AFFA nümayəndəsi Şaiq Həmidov əvəzlənib.

Belə ki, "Kəpəz" - AZAL oyununda Həmidovun əvəzinə Maşallah Əhmədov AFFA nümayəndəsi təyin olunub. Amma bu dəyişikliyin səbəbi açıqlanmır.

Xəbər 696 dəfə oxundu.