Sabiq “Qalatasaray”lı Sloveniya klubunda
Bir vaxtlar İspaniyada gələcəyinə ümid bəslənilən futbolçulardan sayılan Alber Rieranın klubsuz günləri başa çatmaq üzrədir. Riera karyerasını Sloveniyada davam etdirəcək. Belə ki, O, Sloniya çempionatında mübarizə aparan "Zavrc” klubu ilə anlaşıb. Yeni klubu ilə məşqlərə qoşulan 33 yaşlı oyunçu yaxın günlərdə müqavilə imzalayacaq.

Qeyd edək ki, Riera, "Malyorka”, "Liverpul”, "Mançester Siti” və "Qalatasaray” kimi klublardakı çıxışı ilə məşhurlaşıb.

Xəbər 738 dəfə oxundu.