Növbəti məblubiyyətdən sonra yeni sınaq qarşısında
London yay olimpiya oyunlarına seçmə turnirinə hazırlaşan otüstü hokkey üzrə qadınlardan ibarət yığma komandamızın, fevralın ortalarında rusiyalı həmkarları ilə yoldaşlıq görüşü keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, millimizin hazırlığını qiymətləndirmək baxımından bu matçın böyük əhəmiyyəti var.

Məlumat üçün bildirək ki, qadın hokkeyçilərimiz bir neçə gün bundan əvvəl Hindistanda 10 günlük təlim-məşq çərçivəsində bu ölkənin milli komandası ilə yoxlama görüşləri keçirmiş və bunların hamısında uduzmuşdular. Əslində yığmamızın mübarizə apardığı komanda o qədər də zəif komanda deyildi və bu komanda Dehlidə keçiriləcək olimpiya təsnifat turnirinə hazırlığı artıq başa çatdırmaq üzrədir. Mütəxəssislər də qeyd etmişdilər ki, komandamız oyunlar zamanı o qədər də pis təsir bağışlamadılar və onlar rəqib komandaya qalib gələ də bilərdilər.

Otüstü Hokkey Federasiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqub Nuriyevin sözünə görə, baş məşqçi Adil Raşayevin komandanın uğurlu görüşlər keçirəcəyinə inanır. O, Rusiya komandasının ölkəmizdə 10 günlük təlim-məşq toplanışı çərçivəsində yığmamızla 4 oyun keçirəcəyini dedi. Yığmamız hazırda təlim-məşqlərini davam etdirir.

Xəbər 1108 dəfə oxundu.