Runi İngiltərədə ən varlı futbolçudur – bir günlük qazancı...
Daily Mail" qəzeti İngiltərə Premyer Liqasının ən yüksək maaşlı futbolçularının siyahısını dərc edib.

Siyahının ilk pilləsində "Mançester Yunayted"in oyunçusu Ueyn Runi qərarlaşıb. 29 yaşlı hücumcu həftədə 260 min funt sterlinq (təqribən 420 min manat, gündəlik 60 min manat) qazanır.

İkinci-üçüncü pillələrdə müvafiq olaraq "Mançester Siti"nin futbolçuları Serxio Aquero və Yaya Ture yer alıb. Hər iki oyunçunun həftəlik maaşı 240 min funt (388 min manat) sterlinq təşkil edir.

İngiltərə Premyer Liqasında ən yüksək maaşlı dördüncü futbolçu isə "Çelsi"nin yarımmüdafiəçisi Eden Hazardır. O, həftədə 220 min funt sterlinq (356 min manat) alır.

Xəbər 610 dəfə oxundu.