Ansi Aqolliyə Ukraynadan təklif var
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolliyə Ukraynadan təklif var.

Bu ölkənin Premyer Liqa klublarından ikisi albaniyalı futbolçuya elçi düşüb.

Bu klublardan biri "Vorskla"dır. Bizə çatan məlumata görə, Poltava klubunun nümayəndələri Ansinin oyununu millinin heyətində görüb bəyəniblər. Lakin futbolçunun "Qarabağ"la mövsümün sonuna kimi müqaviləsi olduğunu nəzərə alsaq, transferin baş tutması üçün Ağdam klubunun rəhbərliyinin razılığını almaq lazımdır.

Xəbər 737 dəfə oxundu.