"Xəzər Lənkəran" "Dalğa Arena"da hazırlaşacaq
Premyer Liqanın IV turu çərçivəsində sabah “Qarabağ”ın qonağı olacaq “Xəzər Lənkəran” bu gün oyunöncəsi son məşqini keçirəcək.

“Ağ-yaşıllar” oyunun baş tutacağı “Dalğa Arena” stadionunda saat 20:30-dan başlayaraq bir saat ərzində hazırlaşacaq.

Bundan öncəsə eyni məkanda sözügedən komandaların əvəzedici heyətlər üz-üzə gələcəklər. Gənclərin qarşılaşması saat 18:00-da start götürəcək. (12cioyuncu.info)

Xəbər 697 dəfə oxundu.