"Qəbələ" - PAOK matçının biletləri nə vaxt satışa çıxır?
Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk matçını PAOK-a qarşı keçirəcək "Qəbələ"nin matçına bilet satışı sentyabrın 14-dən təşkil olunacaq.

"Bakcell Arena"da keçiriləcək matç üçün biletlərin qiyməti 2, 5 və 10 manatdır.

Qeyd edək ki, "Qəbələ" - PAOK qarşılaşması sentyabrın 17-də, saat 22:00-da start götürəcək.

Xəbər 719 dəfə oxundu.