Rəqibimiz Türkiyə ilə yoxlama matçı keçirəcək
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatında rəqibi Türkiyə yığmasını hazırlığını Polşada davam etdirəcək. Ferhat Akbaşın başçılıq etdiyi komanda burada ev sahibləri ilə yoxlama görüşü də keçirəcək.

Matçlar sentyabrın 12-nə və 13-nə təsadüf edəcək.

Qeyd edək ki, Belçika və Hollandiyada keçiriləcək Avropa çempionatında ilk oyunumuz məhz türklərə qarşı olacaq.

Xəbər 608 dəfə oxundu.