Hafiz Məmmədov "Bakı"nın futbolçularına 10 min mükafat verdi
Xəbər verdiyimiz kimi, bu gün futbol üzrə ölkə çempionatının I Divizionunda yeni mövsümə start verilib. "Bakı" ilk turda evdə debütant "Şərurspor"u qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

Matçdan sonra "zolaqlılar" üçün əlamətdar hadisə baş verib.

Belə ki, hər kəsə xəbər verilib ki, Hafiz Məmmədov futbolçularla görüşə gəlir və heç kim arenanı tərk etməsin. Həqiqətən də bir qədər sonra Məmmədov bazaya gəlib. Futbolçularla görüşən prezident onlarl qələbı münasibəti ilə təbrik edib. Çətin gündə səbr nümayiş etdirən futbolçulara və klubun bütün işçilərinə təşəkkür edib, hər şeyin get-gedəq aydasına düşəcəyini bildirib. Bundan sonra isə qazanılan qələbəyə görə, komandaya 10 min manat mükafat verib.

Xəbər 668 dəfə oxundu.