Neft, qaz və kimya sənayesi işçilərinin XXIII spartakiadası davam edir
"Neftçi İdman Klubu" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən neft, qaz və kimya sənayesi işçilərinin XXIII spartakiadası davam edir. Artıq yarışların dördüncü günü başa çatıb. On dörd idman növü üzrə keçirilən spartakiadada atletika və üzgüçülük yarışlarına yekun vurulub.

Sentyabrın 10-da şahmat növü üzrə yarışlar başa çatıb. Neft Kəmərləri İdarəsinin İlqar Qasımov, Nicat Mirzəyev və Zülfiyyə Əmirbəyovadan ibarət komandası qalib adını qazanıb. "Azəriqaz" İstehsalat Birliyi (Xəyyam Həsənov, Nazim Əsədov, Zemfira Baxışova) ikinci, Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası (Şahid Şəmilov, Musa Vəliyev, Mirvari Məmmədova) isə üçüncü olub.

Qeyd edək ki, mini-futbol, voleybol, stritbol və dama yarışları davam edir.

Xəbər 690 dəfə oxundu.