AZAL klubu ukraynalı və gürcüstanlı futbolçuları heyətinə cəlb edib
Transfer fəaliyyətini davam etdirən Bakının AZAL klubu heyətinə daha iki futbolçu cəlb edib.

Son mövsümü Ukraynanın “Metallurq” (Donetsk) komandasında çıxış edən Hamid Yasin ilə iki illik müqavilə imzalanıb. Ukraynanın U-16, U-17 və U-18 milli komandalarının da formasını geyən H.Yasin Misir əsilli olsa da, onun ölkəmizlə bağlılığı var. Belə ki, onun ögey atası azərbaycanlıdır.

Digər futbolçu isə gürcü Aleksandr Qurulidir. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən A.Quruli bir illik anlaşmaya imza atıb.

AZƏRTAC

Xəbər 953 dəfə oxundu.