“Krasnodar” – “Qəbələ” matçının biletlərinin qiyməti açıqlandı
Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ”nin səfərdə “Krasnodar”la keçirəcəyi oyunun biletlərinin qiyməti açıqlanıb. Azarkeşlər ən ucuz bileti 200 rubla (3 manat 6 qəpik) ala biləcəklər.

Ən baha biletlərin qiyməti isə 2500 rubl (38 manat 25 qəpik) dəyərində olacaq.

Qeyd edək ki, oktyabrın 1-də “Kuban” stadionunda keçiriləcək “Krasnodar” – “Qəbələ” matçı saat 00:05-də başlayacaq. Bu komandalar arasında Bakıdakı qarşılaşma isə dekabrın 10-da baş tutacaq.

Xəbər 681 dəfə oxundu.