"Qəbələ"nin hücumçusu zədə aldı
"Qəbələ"nin hücumçusu Sergey Zenyov zədələnib. O, Estoniya yığmasının Sloveniya ilə AÇ-2016-nın seçmə mərhələsi çərçivəsindəki səfər matçı zamanı (0:1) sıradan çıxıb.

Onun fasilədə əvəzlənməsinə də məhz aldığı zədə səbəb olub. Baş məşqçi Maqnus Persson onunla risk etmək istəməyib.

Lakin Zenyovun zədəsinin elə də ciddi olmadığı bildirilir. Böyük ehtimalla Sergey tezliklə sıraya dönəcək.

Xəbər 678 dəfə oxundu.