Fiqu və Karlosa yeni vəzifə
Yaxın keçmişin əfsanəvi futbolçuları Luiş Fiqu və Roberto Karlos yenidən bir yerdə çalışacaqlar. Vaxtilə Madrid “Real”ında bir yerdə oynayan keçmiş futbolçular bundan sonra İspaniya La Liqasının səfirləri sırasına daxil ediliblər.

Onlarla yanaşı, Patrik Klyuvert, Frederik Kanute, Qaiska Mendieta, David Albelda, Fernando Morientes və İsmael Ursais də eyni vəzifəni icra edəcəklər.

La Liqa səfirlərinin qarşısında qoyulan tapşırıq bu turniri dünyanın bir çox yerində təbliğ etməkdi.

Xəbər 686 dəfə oxundu.