AZAL iki futbolçu ilə müqavilə bağladı
AZAL heyətinə daha iki futbolçu qatıb. İdman.com.az-ın klubun saytına istinadən sonuncu klubu Ukraynanın “Metalluq” (Donetsk) klubu olan Hamid Yasin dünən müqaviləyə imza atıb. 22 yaşlı hücumçu iki il müddətində AZAL-da forma geyəcək. Ukraynanın U-16, U-17 və U-18 milli komandalarının da formasını geyən Yasin misir əsilli olsa da, onun ölkəmizlə bağlılığı var. Belə ki, hazırda onun ögey atası azərbaycanlıdır. Digər futbolçu isə gürcü Aleksandr Qurulidir. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Quruli birillik anlaşmaya imza atıb.

Xəbər 714 dəfə oxundu.