2-ci görüşdə də eyni hesab
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoldaşlıq oyunu keçirib. İdman.com.az saytının məlumatına görə, “ay-ulduzlular”ımız bu gün Bakı vaxtı ilə saat 17:00-da Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşıb. Maraqlı mübarizədə matç heç-heçə bitib (1:1).

Yığmamızın heyətində Rizvan Umarov fərqlənib.
Xatırladaq ki, U-21 Antalyada ilk yoldaşlıq oyununu yanvarın 23-də Macarıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə keçirmişdi. Həmin qarşılaşma 1:1 hesabı ilə yekunlaşmışdı.

Xəbər 957 dəfə oxundu.