Samir Musayev: Qarabağın qrupdan çıxmaq şansı var
"Qarabağ"ın sabiq hücumçusu Samir Musayev bu komandanın Avropa Liqasının qrup mərhələsində İngiltərənin "Tottenhem", Belçikanın "Anderlext" və Fransanın "Monako" klubları ilə bir qrupa düşməsinə münasibət bildirib. Açıqlamasında o, bunları söyləyib:

"Qarabağ"ın düşdüyü qrup çox güclü komandalardan ibarətdir. Kimsə düşünə bilər ki, komandamızın qrupdan çıxmaq şansı yoxdur. Amma mənə elə gəlir ki, bu, belə deyil. Şans var. Çünki güclü komandalara qarşı "Qarabağ" həmişə yaxşı oynayır. Çətin olacaq. Amma Ağdam klubu bunun öhdəsindən gələcək. Fikrimcə, bu yolda yeni transferlərin də köməyi olacaq. Təqvimə gəlincə, bütün komandalarla həm evdə, həm də səfərdə oynamalıyıq. İlk oyun "Tottenhem"lə səfərdə olacaq. Fikrimcə, komandamız uduzmayacaq. "Tottenhem" qrupun favoritlərindən biridir. Amma futbolda hər şey mümkündür. Ona görə də sonadək mübarizə aparmaq lazımdır. Ümid edirəm ki, "Qarabağ" müsbət nəticələr qazana biləcək".

Xəbər 654 dəfə oxundu.