Villaş Boaş Zenitdən gedəcəyini açıqladı
Ehtiyat hakimi itələdiyinə görə 6 oyunluğa cəzalandırılan Zenitin baş məşqçisi Andre Villaş Boaş mövsümün sonunda komandanı tərk edəcəyini bildirib.

«Yayda klub mənə təklif irəli sürdü. Bu barədə artıq danışmışam. Mövsümün sonunda Zenitdən ayrılacağam.

İndi çalışıb çempionlar liqasında uğurla çıxış etmək lazımdır. Heyətdə çatışmazlıqlar çoxdur.İstədiyimiz futbolçuları ala bilməmişik. Buna görə də qrupdan çıxmağımız uğur olar», – deyə Villaş Boaş qeyd edib.

Xəbər 670 dəfə oxundu.