CBC IV turun 2 oyunu canlı yayımlayacaq
Azərbaycan Premyer Liqasında 4-cü turun 2 oyunu canlı yayımlanacaq. CBC telekanalı vasitəsi ilə azarkeşlər "Kəpəz" - AZAL və “Rəvan” - “Neftçi” qarşılaşmalarına canlı olaraq tamaşa edə biləcəklər.

Sentyabrın 12-də keçiriləcək "Kəpəz" - AZAL matçı 16:00-da, 13 sentyabrda baş tutacaq "Rəvan" - "Neftçi" matçı isə 21:00-da start götürəcək.

Xəbər 936 dəfə oxundu.