2 boksçumuz yarımfinala yüksəldi | |
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında dünya birinciliyində yarımfinalçılar məlum olub. Azərbaycan millisinin iki üzvü – Orxan Həsənov (54 kq) və Məhəmməd Abdullayev (81 kq) 1/4 finalda qalib gələrək, ən azı bürünc medalı özlərinə təmin ediblər. Həsənov Almaniya boksçusu Nik Bieri 2:1 hesabı ilə məğlub edib. Həmyerlimiz yarımfinalda Amerika Birləşmiş Ştatlarının (ABŞ) nümayəndəsi Mark Kastro ilə qarşılaşacaq. Məhəmməd Abdullayev 1/4 finalda ABŞ təmsilçisi Riçard Torres üzərində qələbə qazanıb – 3:0. Milli komandamızın üzvü finala gedən yolda rusiyalı Dmitri Fominlə üz-üzə gələcək. Yeniyetmələr arasında Avropa çempionu Bəxtiyar Qazıbəyov yarımfinala vəsiqə uğrunda görüşdə kubalı Edel Akosta Qarsiya ilə qarşılaşıb. Gərgin mübarizədə cüzi üstünlüklə Kuba boksçusu qələbə qazanıb – 2:1. Sayad Lalayev də (63 kq) 1/4 finalda uduzaraq, mükafatçılar sırasına düşmək şansını itirib. Seçməmizin üzvü Qazaxıstan idmançısı Aibol Jambirbaya məğlub olub. Qeyd edək ki, dünya birinciliyinə sentyabrın 12-də yekun vurulacaq. |
|
Xəbər 741 dəfə oxundu. |
|
|