“Qarabağ” – “Xəzər Lənkəran” matçı Diniyevə tapşırıldı
Topaz Premyer Liqasının IV turunda keçiriləcək oyunlar üçün hakim təyinatları açıqlanıb.Turun mərkəzi qarşılaşması olan “Qarabağ” – “Xəzər Lənkəran” matçı Ramil Diniyevə həvalə edilib.

“İnter” –“Qəbələ” görüşünə isə Rəhim Həsənov təyinat alıb.

12 sentyabr (şənbə)

“Qarabağ” – “Xəzər Lənkəran”
Hakimlər: Ramil Diniyev, Vüsal Qənbərov, İsgəndər Əliyev, Nail Nağıyev
“Dalğa Arena”, 20:30
“Kəpəz” – AZAL
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Azər Əsgərov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Xəlil Xəlilov
Gəncə şəhər stadionu, 16:00
“İnter” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
“İnter Arena”, 20:00

13 sentyabr (bazar)

“Rəvan” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev
“Bayıl Arena”, 21:00
“Sumqayıt” – “Zirə”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Kamran Bayramov, Ziya Nəsirov
"Kapital Bank Arena", 19:00

Xəbər 675 dəfə oxundu.