“Mançester Yunayted”də qalmaqal: Futbolçular baş məşqçiyə qarşı çıxdılar
“Mançester Yunayted” klubunda futbolçularla baş məşqçi Lui van Qal arasında narazılıq yaranıb. “Mankunianlar”ın bir qrup oyunçusu hollandiyalı çalışdırıcının keçdiyi məşqlərdən narazıdı.

Məsələ burasındadı ki, futbolçular van Qalın həddindən artıq sərt və fiziki gücə hesablanan məşqlər keçdiyini düşünürlər. Onların fikrincə, məşqlərdə daha çox kreativlik olmalıdı.

Dünənki hazırlıq prosesindən sonra komandanın bəzi üzvləri bununla bağlı van Qala iradlarını bildiriblər.

Qeyd edək ki, yayda PSJ-yə keçən “Mançester Yunayted”in sabiq futbolçusu Anxel di Mariya da hollandiyalı məşqçinin futbol fəlsəfəsindən gileylənmişdi.

Xəbər 694 dəfə oxundu.