Bekhem torpaq sahəsi tapdı
İngiltərə futbolunun əfsanəsi Devid Bekhem ABŞ-da təsis etdiyi klubun stadionunu tikmək üçün yer tapıb.

Mayamini təmsil edəcək MLS liqasının yeni komandasının stadionu NFL-də çıxış edən "Dolfins" klubunun keçmiş arenası "Orange Bowl"un yerində inşa olunacaq. Bekhem yeni klubu aprel ayında təsis edib. Keçmiş futbolçu 25 minlik stadion üşün 125 milyon dollar xərcləmək niyyətindədi.

Ancaq iyun ayında şəhər rəhbərliyi stadion tikmək üçün Bekhemə torpaq sahəsi verməkdən imtina etmişdi. MLS rəsmisi Don Qarber Bekhemin torpaq sahəsi tapmasına belə münasibət bildirib:

"İndi inamla irəli getmək olar. Bekhem yeni stadionun tikintisinə nail olmaq üçün çox cəhd etdi. Buna nail olmaq üçün bir yığın sənəd toplayıb, şəhər rəhbərliyinə təqdim etməli olduq. Artıq stadionun tikintisi üçün yer müəyyən edilib".

Xəbər 762 dəfə oxundu.