2024-cü il olimpiadasına Hamburq da namizədliyini rəsmən irəli sürüb
Almaniyanın Hamburq şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək istəyilə Beynəlxalq Olimpiya Komitəsinə rəsmi ərizə verib. Hamburq meri Olaf Şolts və DOSB prezidenti Alfons Horman müvafiq ərizəni imzalayıb.

Öncədən Berlinin də namizədliyi müzakirə mövzusu olub. Lakin martda DOSB seçimini Hamburq üzərində edib.

Əvvəllər 2024-cü il olimpiadasına Roma (İtaliya), Paris (Fransa), Los-Anceles (ABŞ) və Budapeşt (Macarıstan) də namizədliyini irəli sürüb. Əhmədabad (Hindistan) və Toronto (Kanada) ilə yanaşı, Bakının da bu siyahıda olacağı gözlənilir.

Qeyd edək ki, namizədlərin yekun siyahısı sentyabrın 15-də, qalib isə 2017-ci ildə açıqlanacaq.

"Report"

Xəbər 591 dəfə oxundu.