Avropa yığmalarının ən məhsuldar futbolçuları
Avropanın yığma komandalarında ən çox qol vuran futbolçular müəyyənləşib.

Siyahıda bir türkiyəli futbolçu da yer alıb.

Türkiyə millisinin sabiq hücumçusu Hakan Şükür 51 qolla 12-ci pillədə qərarlaşıb. Siyahıya isə Macarıstan millisinin canlı əfsanəsi Ferenç Puşkaş başçılıq edir. O, 84 qolla siyahıda hər kəsi qabaqlayıb.

Almaniya yığmasının sabiq futbolçuları Miroslav Kloze 71 qolla ikinci, Qerd Müller isə 68 qolla üçüncü olub. "Avro-2016"nın seçmə mərhələsində İsveçrə ilə görüşdə fərqlənməklə İngiltərə millisinin tarixində ən çox qol vuran Bobbi Çarltonu geridə qoymağı bacaran Ueyn Runi 50 qolla son pillədə yer alıb.



1. Ferenç Puşkaş (Macarıstan) - 85 oyunda 84 qol

2. Miroslav Kloze (Almaniya) - 137 oyunda 71 qol

3. Qerd Müller (Almaniya) - 62 oyunda 68 qol

4. Robbi Kin (İrlandiya) - 142 oyunda 67 qol

5. İmre Şlosser (Macarıstan) - 68 oyunda 59 qol

6. David Vilya (İspaniya) - 97 matçda 59 qol

7. Zlatan İbrahimoviç (İsveç) - 107 oyunda 57 qol

8. Yan Köller (Çexiya) - 91 oyunda 55 qol

9. Kriştiano Ronaldo (Portuqaliya) - 122 oyunda 55 qol

10. Pol Nielsen (Danimarka) - 38 oyunda 52 qol

11. Yon Dal Tomasson (Danimarka) - 112 oyunda 52 qol

12. Hakan Şükür (Türkiyə) - 112 oyunda 51 qol

13. Tyeri Anri (Fransa) - 123 oyunda 51 qol

14. Ueyn Runi (İngiltərə) - 107 oyunda 50 qol

Xəbər 630 dəfə oxundu.