Fransa, Yunanıstan və Serbiya itkisiz irəliləyir
Basketbol üzrə Avropa çempionatında növbəti oyunlar keçirilib.

Son çempion Fransa millisi ardıcıl 4-cü qələbəsini qazanıb. Fransızlar bu dəfə rusları məğlub edib - 74:67.

Türkiyə millisi isə Serbiyayla bacarmayıb - 72:94. "Ay-ulduzlular"la oyundakı qələbə serblərin cari qitə birinciliyindəki ardıcıl 4-cü qələbəsi olub.

Cari qitə birinciliyinin digər məğlubedilməz komandası isə Yunanıstan yığmasıdı. Yunanlar son turda Sloveniyanı məyus edib - 83:72.

Basketbol üzrə Avropa çempionatı

9 sentyabr

A qrupu

Bosniya və Herseqovina - Finlandiya 59:88
Polşa - İsrail 73:75
Rusiya - Fransa 67:74

1. Fransa - 8 (4), 2. İsrail - 7 (4), 3. Finlandiya - 6 (4), 4. Polşa - 6 (4), 5. Bosniya və Herseqovina - 5 (4), 6. Rusiya - 4 (4).

B qrupu

Türkiyə - Serbiya 72:91
İtaliya - Almaniya 89:82
İslandiya - İspaniya 73:99

1. Serbiya - 8 (4), 2. İtaliya - 7 (4), 3. İspaniya - 6 (4), 4. Türkiyə - 6 (4), 5. Almaniya - 5 (4), 6. İslandiya - 4 (4).

C qrupu

Yunanıstan - Sloveniya 83:72
Makedoniya - Gürcüstan 75:90
Hollandiya - Xorvatiya 72:78

1. Yunanıstan - 8 (4), 2. Xorvatiya - 7 (4), 3. Sloveniya - 6 (4), 4. Gürcüstan - 5 (4), 5. Makedoniya - 5 (4), 6. Hollandiya - 5 (4).

D qrupu

Belçika - Çexiya 64:66
Latviya - Ukrayna 74:75
Estoniya - Litva 62:64

1. Çexiya - 7 (4), 2. Litva - 7 (4), 3. Belçika - 6 (4), 4. Latviya - 6 (4), 5. Ukrayna - 5 (4), 6. Estoniya - 5 (4).

Xəbər 860 dəfə oxundu.