“Real” Ronaldonu satmağa hazırdı
“Real”ın prezidenti Florentino Peres Ronaldonun satılacağı ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Peres məlumatı təkzib edib. O, “Real”ın yaxın zamanlarda Ronaldonu satmaq niyyətində olmadığını bildirib:

“PSJ Ronaldonu istəyir? Bunun çox sadə həlli var. Onlar buna görə 1 milyard dollar ödəməlidirlər. Futbolda nəyin necə olacağını dəqiqliklə bilmək olmaz.

Ancaq biz portuqaliyalı ilə 2016-cı ildə xudahafizləşmək istəmirik. Onun bizimlə hələ 3 illik müqaviləsi var”.

Xəbər 639 dəfə oxundu.