Barselonaya böyük şok. 2-ci cəza gələ bilər
FIFA Barcelonanın yeniyetmə komandasına etdiyi transferlərlə bağlı apardığı 2-ci tədqiqatı tamamlayıb.İspaniya mediasının məlumatına görə bu araşdırmanın ardından katalon təmsilçisinə 2-ci cəza verilə bilər.

Ötən mövsüm 18 yaşındakı kiçik futbolçuların transferində qayda pozuntularına yol verdiyinə görə Barceonaya 1 illik transfer adağası qoyulmuşdu. Bu dəfə FİFA Barcelonanın La Masiadakı 31 futbolçusu haqqında böyük bir araşdırma aparıb.

Cəza olacağı halda əvvəlki cəzanın 2 qatı veriləcək. Bunun qarşısını almaq üçün klub La Masiadan 5 gənc futbolçunu uzaqlaşdırıb. Bunlardan Fofana, Lacava, Lederman, Patrice və Gyeolheenin ölkələrinə göndərildiyi məlum olarkən , "Koreyalı Messi" kimi tanınan 17 yaşındakı Lee Seung Woo ilə də ayrılmaq məcburiyyətində qalacağı deyilir.

FIFA Barcelonanın 18 yaşındakı kiçik futbolçu transferində hələ də bəzi qayda pozuntularına yol verdiyini düşünür. Barcelonanın da panikaya düşərək bəzi futbolçulardan imtina etdiyi bunun doğruluğundan xəbər verir.

Xatırladaq ki, Barcelonada transfer yasağı yanvar ayında bitir. Həmin taixdən etibarən yeni transferlər Arda və Vidal oynaya biləcək. Lakin növbəti cəza onların oynama şansının üzərindən xətt çəkə bilər.

TRANSFERLƏRİNDƏ ARAŞDIRMA APARILAN LA MASIA FUTBOLÇULARI
Lee Seung Woo (Cənubi Koreya)
Jan Gyeolhee (Cənubi Koreya)
Paik Seung Ho (Cənubi Koreya)
Habeeb Omobolaji Adenkaye (Hollandiya)
Patrice Sousia (Kamerun)
C. J. Martínez Riva (Dominikan)
Olivier Moussima Ebongue (Kamerun)
Joseph F. Ondoa Ebogo (Kamerun)
Alexis Yves Meva (Kamerun)
Mamadou Tounkara (Senegal)
Mamoudo Diallo ba (Senegal)
Brahimi Fati (Gana)
Georgios Spanoudakis (Almaniya)
Ben Lederman (ABŞ)
Labinot Kabashi (Finlandiya)
Mohamed El Ouriachi (Mərakeş)
Anas Serroukh (Mərakeş)
Moustapha Seck (Senegal)
Ayoub Abou Oulam (Mərakeş)
Teo Chendri (Fransa)
Josimar Quintero Quintero (Ekvador)
Juan Cruz Agüero Núñez (Argentina)
Erick S. Ferigra Brurham (Ekvador)
Tugarinov (Rusiya)
El Kabbou (Mərakeş)
Assuname Fati (Ekvatorial Qvineya)
Takefusa Kubo (Yaponiya)
Haitam Abaida (Mərakeş)
Moriba Kouroma Madico (Qvineya)
Kays Ruiz Atil (Fransa)
Abdoul Mazid Diallo (Qvineya)

Xəbər 619 dəfə oxundu.