Sneyderə yeni təklif
"Qalatasaray" futbolçusu Uesli Sneyderlə müqavilənin müddətini uzatmaq niyyətindədir.

İstanbul təmsilçisi hollandiyalı futbolçuya yeni müqavilə təklif edib.

"Qalatasaray" rəhbərliyi mövcud sözləşməsi 2016-cı ildə başa çatacaq Sneyderi 2018-ci ilə qədər komandada saxlamaq istəyir. 31 yaşlı futbolçunun bu təklifi qəbul edib-etməyəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, cari mövsüm "Qalatasaray"ın heyətində 3 oyuna çıxan Sneyder 2 qol vurub.

Xəbər 824 dəfə oxundu.