"Barselona" Rafinya ilə müqavilə yenilədi
"Barselona" yarımmüdafiəçisi Rafinya ilə müqavilənin müddətini uzadıb.

Braziliyalı futbolçu rəhbərliklə görüşüb və tərəflər arasında razılıq əldə olunub.

22 yaşlı futbolçu yaxın günlərdə Kataloniya təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, 2013-cü ildə "Barselona" ilə 3 illik müqavilə imzalayan Rafinyanın təzminat qiyməti 30 milyon avro idi. Yeni sözləşməyə əsasən onun təzminat qiymətinin yüksələcəyi bildirilir.

Xəbər 645 dəfə oxundu.