Dünya kubokunun iştirakçıları Azərbaycana gəlir
Sentyabrın 10-da Bakıda start veriləcək şahmat üzrə dünya kubokunun iştirakçıları və onların məşqçiləri artıq Bakıya gəlməyə başlayıblar. “Dünya kuboku-2015”in mətbuat xidmətindən bildiriblər ki, sentyabrın 9-da Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov da paytaxtımıza gələcək.

Qeyd edək ki, bu gün “Fairmont” otelində 45 ölkədən 128 şahmatçının iştirak etdiyi dünya kubokuna həsr olunan mətbuat konfransı keçiriləcək.

Yarışın təntənəli açılış mərasimi sentyabrın 10-da Beynəlxalq Muğam Mərkəzində olacaq. İlk turun oyunları sentyabrın 11-də start götürəcək.

Xəbər 702 dəfə oxundu.