Arda Turan "Qalatasaray" üçün gəlir
Sentyabrın 17-i Çempionar Liqasının qrup mərhələsini ilk matçında "Qalatasaray" "Türk Telekom Arena"da Madrid "Atletiko"sunu qəbul edəcək.

Yayda "Barselona"ya transfer olunan "Qalatasaray"ın yetirməsi Arda Turan bu matçı canlı olaraq stadiondan izləmək qərarına gəlib. Artıq futbolçu bu barədə baş məşqçisi Luis Enrike ilə də danışıb. Arda qarşılaşmanı tribunadan izləyəcəyi barədə "Qalatasaray"lı futbolçulara da məlumat verib.

Qeyd edək ki, Arda Turan ötən mövsümdə "Qalatasaray" üçün önəömli matçlarda tribunada öz komandasına dəstəyini əsirgəməmişdi.

Xəbər 687 dəfə oxundu.