"Qalatasaray"ın qalmaqallı transferindən yeni xəbər | |
"Qalatasaray"ın yeni transferi Kevin Qrosskroyts üçün FIFA-dan problem yarandığı haqda xəbər vermişdik. Transfer pəncərəsinin son günündə sənədləri 4 dəqiqə gecikdiyi üçün “Qalatasaray”a transferi FİFA tərəfindən qeydə alınmayan ğ almaniyalı oyunçu haqda bu dəfə xoş xəbər var. Belə ki, İstanbul klubunun bu məsələ ilə bağlı FIFA-ya etdiyi etiraz qəbul edilib və klub rəsmiləri FİFA nümayəndələri ilə müzakirə aparılacaq. Əgər müzakirələr müsbət nəticə verərsə, Qrosskroyts “Qalatasaray”da oynamaq üçün qış transfer pəncərəsini gözləməyəcək. |
|
Xəbər 692 dəfə oxundu. |
|
|