"Qarabağ"ın rəqibindən növbəti transfer
Avroliqanın qrup mərhələsində "Qarabağ”la eyni qrupda yer alan Belçikanın "Anderlext” klubu növbəti transferini reallaşdırıb.

"Anderlext" "Əl Əhli” klubundan "Trezeget" ləqəbli Mahmud Hassanı icarəyə götürüb. Misir millisinin üzvü cari mövsümü icarə əsasında Belçika təmsilçisində keçirəcək.

Xəbər 652 dəfə oxundu.