İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn FIFA prezidenti vəzifəsinə namizədliyini yenidən irəli sürəcək
İordaniya şahzadəsi, FIFA-nın vitse-prezidenti Əli bin Əl-Hüseyn Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti seçkilərinə namizədliyini yenidən irəli sürəcəyini rəsmən elan edib.

Əli bin Əl-Hüseyn bu ilin mayında keçirilən seçkilərdə Yozef Blatterə uduzub.

Y.Blatter korrupsiya qalmaqalından sonra iyunun 2-də öz vəzifəsindən istefa verib.

Qurumun yeni başçısının seçkiləri 2016-cı il fevralın 26-da Sürixdə keçiriləcək.

AZƏRTAC


Xəbər 680 dəfə oxundu.