Neymardan daha bir ilk
Braziliya yığmasının futbolçusu Neymar ABŞ-la yoldaşlıq oyununda (4:1) dubl edib.

"Barselona"nın futbolçusu milli komandada 46 qol vuran ən gənc futbolçu kimi futbol tarixinə düşüb. O, bu göstəriciyə 23 il 218 günündə çatıb. Neymar 46-cı qolunu 67-ci görüşdə vurub. Belə bir göstəriciyə nail olmaq üçün Lionel Messiyə 98 oyun lazım gəlmişdi.

Xəbər 872 dəfə oxundu.