“Qarabağ”ın yeni futbolçusu: Komandamızın uğuru üçün əlimdən gələni edəcəyəm
Xəbər verdiyimiz kimi, Ağdamın “Qarabağ” futbol klubu transfer mövsümünün sonuncu günündə Migel Markos Madeyranı (Miçel) heyətinə cəlb edib.

Artıq Bakıda olan ispaniyalı yarımmüdafiəçi ilə ikiillik müqavilə imzalanıb.

“Xetafe”nin sabiq yarımmüdafiəçisi deyib: “Qarabağ”a keçməmişdən əvvəl klub haqqında maraqlandım. Son iki ildə çempion olmaları, UEFA Avropa Liqasında uğurlu çıxışı komandanın hədəflərindən xəbər verir. Dostlarım vasitəsilə komanda haqqında məlumat topladım. Müsbət rəy verdilər. Komandanın bazası və futbolçularla tanış oldum. Hər şeyin çox yaxşı olduğunu deməliyəm. Olduqca mehriban kollektiv var”.

“Qarabağ”ın uğur qazanmasına çalışacağını vurğulayan futbolçu deyib: “Azarkeşlərə demək istəyirəm ki, meydanda sonadək mübarizə aparan futbolçu görəcəklər. Komandamızın uğurlarında payımın olması üçün əlimdən gələni edəcəyəm”.

AZƏRTAC

Xəbər 704 dəfə oxundu.