Elnur Allahvediyevin “Xəzər Lənkəran”a keçidi qışa qaldı
Millimizin sabiq üzvü Elnur Allahverdiyevin “Xəzər Lənkəran”a keçidinin baş tutmaması haqda məlumat vermişdik. Bildirmişdik ki, son anda Yunis Hüseynov futbolçunun hazır olmadığını əsas gətirərək ondan imtina etmişdi.

Bu imtina birdəfəlik olmayıb.

Hüseynov Allahverdiyevə tapşırıb ki, boş oturmasın və qışa kimi fərdi məşq edib əvvəlki formasını bərpa etsin. Çünki yanvarda onu düşərgəyə çağırıb hazırlığına baxacaq. Qane eləsə müqavilə bağlanacaq

Xəbər 756 dəfə oxundu.