Futbolçumuz “Aleksandriya”ya lazım olmadı
Ruslan Zeynalov çıxış etdiyi Ukraynanın “Aleksandriya” klubuna lazım olmayıb. İdman.com.az saytının məlumatına görə, Perşi Liqa təmsilçisi 30 yaşlı hücumçunu Türkiyəyə təlim-məşq toplanışına aparmayıb. Azərbaycanlı futbolçu Ukraynada saxlanılan 3 futbolçudan biri olub. Baş məşqçi Leonid Buryakın qərarı ilə onlar əsas komanda ilə Antalyaya aparılmayaraq, əvəzedicilərdə məşq edir.

Qeyd edək ki, Berti Foqts millimizin baş məşqçisi postunda debüt etdiyi vaxtda – 2008-ci ildə Bosniya və Herseqovina və Andorra yığmaları ilə yoldaşlıq görüşlərinə Zeynalovu aparsa da, ona şans verməmişdi.

Xəbər 1064 dəfə oxundu.