Antonio Konte: Norveçlə oyun Azərbaycanla görüşdən daha çətin keçəcək
İtaliya yığmasının baş məşqçisi Antonio Konte AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirilmiş oyundan (1:0) sonra Norveç və Azərbaycana qarşı keçirəcəkləri görüşlər barədə də fikirlərini bölüşüb. O, bunları söyləyib:

"Biz oyuna nəzarət edən tərəf idik və bir qoldan daha artığına layiq idik. Çoxlu qol vəziyyəti yaratsaq da, onlardan təsadüfi hallarda yararlana bilirik. Növbəti oyunumuz Azərbaycanla olacaq. Orada qələbə qazanmalıyıq. Amma Norveçlə oyunumuz çox çətin keçəcək".

Xəbər 660 dəfə oxundu.